Ötən əsrin 80-ci illərinin sonlarından erməni millətçilərinin növbəti dəfə Azərbaycan torpaqlarında seperatist hərəkata başladıqları, Qarabağda, həmçinin əzəli Azərbaycan torpağı Ermənistanda vəhşiliklər törətdiyi, milli mənsubiyyətinə görə körpə , qoca, qadın, xəstə demədən azərbaycanlıları qətl etdiyi, doğma ocağından didərgin saldığı , mədən- tarixi abidələri dağítdığı barədə dünyaya car çəkdik, "azadlıq, demokratiya, insan haqları keşikçləri" nə səsləndik, Qərb dillənmədi.
Qarabağ viran qoyuldu, talan edildi Qərb görmədi.
Erməni cinayətləri daha da şiddətləndi, Xocalı, Qaradağlı, Malıbəyli, Kəlbəcər qırğınlarına məruz qalanların naləsi ərşə dirəndi, Qərb eşitmədi.
Xalqın səbir kasası daşdı, əsgərinin, şəhidinin qanı ilə torpaqlarını mənfur düşmən tapdağından təmizlədi, ərazi bütövlüyünü təmin etdi.
Heç demə Qərb kar, kor, lal deyilmiş, bütün gücü ilə haqsızın, erməni quldurlarının müdafiəsinə qalxdı. Ölkə Prezidenti, Ali Baş Komandan, Zəfərin memarı və təminatçısı İlham Əliyevin tarixi müsahibələri, dərin, dolğun, ədalətli sülh təklifləri qulaqardına vuruldu.
Bu dəfə Qərb şantaj taktikasını seçdi: insan haqları pozulur, söz azadlığı məhdudlaşdırılır, demokratiya sıxışdırılır, ermənilərin hüququ tapdanır və s.
Buna cavab olaraq ölkə Prezidenti növbəti müdrik, zəruri, tarixi addımı atdı və növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzaladı. Qoy xalq qərarını , seçimi ilə Qərbin cavabını versin.
Bu tarixi sənəd həm də, ona görə əhəmiyyətli, aktual, vacib idi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Xankəndi də daxil bütün ərazisində seçki məntəqələri yaradılacaq və tarixdə ilk dəfə ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın Prezidenti seçiləcək...
P.S.Bu qeydləri əlimə qələm aldığım gündən, orta məktəb illərindən özümə əqidə, həyat kredosu seçdiyim "düzü düz, əyrini- əyri prinsipi" ilə tam səmimi, təmənnasız qələmə alıram. Heç kimdən umacağım, heç nəyə , heç kimə ehtiyacım yoxdur!
Allaha dua edirəm ki, mənə daim doğru düşünməyi və ədalətli , düzgün qərar verməyi nəsib etsin.
Lənkəran, 08.12.2023.
Abid Tahirli