Modern.az

İlk dərs günü faciə - 5 məktəblini maşın vurdu

İlk dərs günü faciə - 5 məktəblini maşın vurdu

16 Sentyabr 2013, 13:19

Gəncə şəhərindəki orta məktəbin yaxınlığında bədbəxt hadisə baş verib. Apa-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin 16 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 5 məktəblini vurub. Müxtəlif bədən xəsarətləri alan məktəblilər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, yaxın saatlarda ətraflı məlumat veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular