Modern.az

Azadlıq Partiyası hələ mövcudluğunu qoruyur - Əhməd Orucdan AÇIQLAMA

Azadlıq Partiyası hələ mövcudluğunu qoruyur - Əhməd Orucdan AÇIQLAMA

Aktual

9 Dekabr 2023, 16:47

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi bir müddət əvvəl başa çatdı. Rəsmi məlumata görə, proses çərçivəsində 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Partiyaların əksəriyyətinə Ədliyyə Nazirliyindən müsbət cavab verilib. Qeydə alınan siyasi partiyaların sayı hazırda 26-dır.

Azadlıq Partiyasının sədri Əhməd Oruc Ədliyyə Nazirliyinin saytında partiyanın qeydə alındığı ilə bağlı məlumatın olduğunu bildirib:

“Lakin bununla bağlı partiyaya rəsmi məktub ünvanlanmayıb. Nizamnamənin dəyişilməsi ilə bağlı da müraciət olunub”.

Əhməd Oruc 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəklərindən də danışıb:

“Biz onsuz da nizamnamə məsələsinə görə növbədənkənar iclas keçirməyi planlaşdırırdıq. Gələn həftənin ikinci günü olacaq qurutayda bu məsələni də müzakirə edəcəyik. Daha sonra mövqeyimiz bilinicək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi