Modern.az

Yol Polisindən sürücülərə xəbərdarlıq: piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!

Yol Polisindən sürücülərə xəbərdarlıq: piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!

Aktual

9 Dekabr 2023, 16:52

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə müraciət edib.


Modern.az-ın məlumatına görə, BDYPİ-dən bildirilib ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

"Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə, sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir", - müraciətədə deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi