Modern.az

Ərdoğan BMT-ni Təhlükəsizlik Şurasında islahatlar aparmağa ÇAĞIRDI

Ərdoğan BMT-ni Təhlükəsizlik Şurasında islahatlar aparmağa ÇAĞIRDI

Dünya

9 Dekabr 2023, 17:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.

Modern.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları digər ölkələrin böyük dəstəyinə baxmayaraq BMT Təhlükəsizlik Şurasında Qəzzaya dair atəşkəs təklifinə veto qoya bilir.

Ərdoğan bu faktı pisləyib:

“BMT Təhlükəsizlik Şurasında atəşkəs tələbi yalnız ABŞ vetosu ilə rədd edilir. Budur ədalət?”, – Ərdoğan İstanbulda insan haqları konfransında deyib.

"BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var", - Ərdoğan əlavə edib.
 

Qeyd edək ki, dünən ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə çağıran qətnaməsinə veto qoyub.

Aətnamə BƏƏ tərəfindən hazırlanmışdı.

Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 13-ü sənədin lehinə səs verib. Böyük Britaniya səsvermədə bitərəf qalıb. 
ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qətnamənin bloklanması qərarını onunla izah edib ki, sənəd HƏMAS hərəkatının hərəkətlərini pisləmir və İsrailin özünümüdafiə hüququnu əks etdirmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi