Modern.az

İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Dünya

9 Dekabr 2023, 18:11

İsveçrə saatlarının dünyadakı populyarlıq zirvəsi qlobal iqtisadi artımın yavaşlaması və bu məhsulların istehsal həcminin artması fonunda geridə qalıb.

 

Modern.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, son üç ildə varlı istehlakçıların diqqətlərini dəbdəbəli İsveçrə saatlarına yönəltməsi və tələbin sürətlə artması nəticəsində 2022-ci ildə həmin məhsulların ixracı rekord həddə - 25 milyard İsveçrə frankına (28,5 milyard dollar) çatmışdı.

 

İndi isə sənayenin fundamental əsasları dəyişib. Hazırda bütün dünyada faiz dərəcələrinin yüksəlməsi və iqtisadi artımda yavaşlama müşahidə edilir ki, bu da potensial istehlakçıların real gəlirlərinin azalmasına səbəb olub. Eyni zamanda, İsveçrə kompaniyaları qiymətləri və istehsalatı artırmaq siyasətini seçib. Analitiklərin fikrincə, bu amillər son aylarda bazarda dəbdəbəli İsveçrə saatlarına tələbatın azalması və qiymətlərin ucuzlaşması ilə nəticələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi