Modern.az

\"Mercedes\" aşdı - Yaralılar var 

\

9 Dekabr 2023, 20:12

Axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Nəticədə avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara yerində ilkin tibbi yardım göstərib və hər iki yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra yaralıların vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir