Modern.az

Bakcell-də yeni kampaniya

Bakcell-də yeni kampaniya

Təhsil

16 Sentyabr 2013, 13:42

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan  Bakcell böyük məmnuniyyətlə CINeration istifadəçiləri üçün yeni kampaniya elan edir.

Gənc Bakcell istifadəçilərinin sevimli tarifi olan CINeration, “CINeration Duzzz” kampaniyasını elan edir. Yeni kampaniya ancaq CINeration abunəçiləri üçün aylıq 1000 dəqiqə bonus və 1000 SMS təklif edir. 

Yeni kampaniya sentyabrın 15-dən başlayaraq aktiv olacaq və hər bir CINeration istifadəçisi bu bonus paketini əldə edə biləcək.

Bonusları əldə etmək üçün 5535 nömrəsinə pulsuz SMS göndərmək və ya *535*1#YES yığmaq kifayət edəcək.

Bonuslar aylıq birdəfəlik minimal 5 AZN balans artımından sonra mümkün olacaq və həmin ayın   sonuna qədər etibarlı olacaq.

Beləliklə, davamlı olaraq bonuslardan faydalanmaq, pulsuz danışmaq və yazışmaq üçün CINeration istifadəçiləri hər ay balanslarına minimum 5 AZN yükləməlidirlər.

Kampaniya 1 dekabr 2013-cü il tarixində sona çatır və son qoşulmadan 6 ay sonrayadək davam edəcək. Digər aktiv kampaniyaların abunəçiləri olan CINeration istifadəçiləri eyni vaxtda bütün bonuslardan faydalanmaq imkanına malik olacaqlar. Bonusların istifadəsi prioritet əsaslı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU