Modern.az

Muxtar Babayev türkiyəli nazir müavini ilə görüşdü

Muxtar Babayev türkiyəli nazir müavini ilə görüşdü

Aktual

11 Dekabr 2023, 09:56

Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin COP 28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib. Ziyarət zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Fatma Varank ilə görüşüb.

 

Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu