Modern.az

Tbilisi meriyası avtobusların tıxacda qalmaması üçün NƏ EDİR?

Tbilisi meriyası avtobusların tıxacda qalmaması üçün NƏ EDİR?

Dünya

11 Dekabr 2023, 11:08

Tbilisi meriyası şəhərdə ictimai nəqliyyat üçün daha çox zolaqlar yaratmaq istəyir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mer Kaxa Kaladze bu barədə danışıb.

 

Onun sözlərinə görə, indi yalnız müəyyən küçələrdə avtobus zolağı var və zolaq bitəndə ictimai nəqliyyat digər avtomobillər kimi tıxacda qalır.

 

“Biz ictimai nəqliyyat üçün daha çox zolaqlar yaratmaq istəyirik ki, onun sərbəst, problemsiz və ləngimədən hərəkət etməsini təmin edək”, o bildirib.

 

Kaladze qeyd edib ki, bunu tez bir zamanda etmək mümkün deyil, çünki hətta iki küçənin eyni vaxtda bağlanması paytaxt sakinləri üçün xeyli narahatlıq yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu