Modern.az

Komitə sədri görkəmli rumın şairəsi ilə görüşüb

Komitə sədri görkəmli rumın şairəsi ilə görüşüb

Parlament

11 Dekabr 2023, 13:56

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa görkəmli rumın şairi və ictimai xadimi Ana Blandiana ilə görüşüb.

Modern.az xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soaren, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB üzvü, tərcüməçi Jalə İsmayıl iştirak edib.

Azərbaycan-Rumıniya mədəni əlaqələri və mental yaxınlıqlarımızın, ümumən qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə, ədəbiyyat, sənət mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

Belə görüşlərin ədəbiyyatımızın, ümumən mədəniyyətimizin təbliği üçün faydalı olacağını vurğulanıb.

Ana Blandiana "İndi mən sənə ibadət edirəm" şeir kitabını Komitə sədri üçün imzalayıb.

Fazil Mustafa rumın qonağa xarıbülbül işləməli hədiyyə bağışlayıb və öz kitabını imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI