Modern.az

Dünyada su mənbələri sürətlə azalır - Ərdoğandan xəbərdarlıq

Dünyada su mənbələri sürətlə azalır - Ərdoğandan xəbərdarlıq

Aktual

11 Dekabr 2023, 15:28

Dünyada su mənbələri sürətlə azalır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”.

 

R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: “Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.

 

Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: “Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu