Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Anar İsgəndərov, Əziz Ələkbərov və Ramin Məmmədov Türkiyədə səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtayla görüşüblər.
Modern.az xəbər verir ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım da iştirak edib.
Deputatlar öz həmkarları ilə parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.