Rusiyanın ilk prezidenti Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina son zamanlar özünü pis hiss edir.
Modern.az xəbər verir ki, bunu Rusiya KİV-nə onun rəfiqəsi və Ural Politexnik İnstitutunda tələbə yoldaşı olmuş Valentina Şmakova bildirib.
“Naina son vaxtlar tez-tez xəstələnir. Daim telefonla danışırıq. İki həftə əvvəl qızına yazdım, Tatyana mənə cavab verdi: "Anam xəstədir"”, - Valentina Şmakova bildirib.
O əlavə edib ki, indi də Naina Yeltsina özünü yaxşı hiss etmir: təzyiqi yüksəlir. Dünən onun üstünə təcili yardım çağırılıb.
Naina Yeltsinanın xəstəxanaya yerləşdirilməsi dekabrın 12-də məlum olub. O, özünü pis hiss edib, həkimlər onu müşahidə altına almaq qərarına gəliblər.