Modern.az

Rusiya təsdiqlədi: Sülhməramlıların texnikası qəzaya uğrayıb - Ölən var 

Rusiya təsdiqlədi: Sülhməramlıların texnikası qəzaya uğrayıb - Ölən var 

Qarabağ

12 Dekabr 2023, 20:33

Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlılara məxsus zirehli maşının qəzaya uğraması faktını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.

 

"Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər