Modern.az

"Ömər aşırımı"nda qəza - Yaralı var 

Hadisə

12 Dekabr 2023, 22:47

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

 

Modern.az report-a istinadən xəbər verir ki, avtomobil yolunun “Ömər aşırımı” adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

 

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü