Modern.az

Çin Qazaxıstandan yük qəbul etməyəcək - SƏBƏB

Çin Qazaxıstandan yük qəbul etməyəcək - SƏBƏB

İqtisadiyyat

13 Dekabr 2023, 13:40

Çin pis hava şəraiti ilə əlaqədar Qazaxıstandan yüklərin qəbulunu dayandırıb.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə "Qazaqstan Temir Jolı" QSC-dən (Qazaxıstan Dəmir Yolu) məlumat verilib.

 

Qeyd olunub ki, Çin taxıldaşıyanları, taxıl yükü və üyütmə məhsulları olan vaqonları, bitki yağları olan çənləri qəbul etmir. Alaşankou stansiyasında terminalın fəaliyyəti dayandırılıb.

 

Dekabrın 12-dən 13-nə keçən gecə qatar mübadiləsi 5 dəfə azalıb. Belə ki, qatarların sayı 15-dən 3-ə düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi