Modern.az

Sabah rayonlarda yağış yağacaq - HAVA

Sabah rayonlarda yağış yağacaq - HAVA

17 Sentyabr 2013, 13:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.  

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraitinin əsasən yağmrsuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. 

Aqrometeoroloji şərh
Sentyabrın 19-dək respublikanın rayonlarında temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətinin daha da artması üçün əlverişli olacaq, xüsusən də Mərkəzi-Aran rayonlarında pambıq bitkilərində qozaların açılması və yetişməsi və Böyük Qafqazın dağətəyi rayonlarında üzümün şəkərliliyinin artmasına şərait yaradacaq. Əksər rayonlarda gözlənilən əsasən yağmursuz hava şəraiti pambığın, bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsi üçün əlverişli olacaq.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular