Modern.az

Etibar Hüseynov “dələduz”u tutdurmağını təkzib etdi

Etibar Hüseynov “dələduz”u tutdurmağını təkzib etdi

17 Sentyabr 2013, 13:48

“O dələduz yenə dezinformasiya yaymaqla məşğuldur”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Etibar Hüseynov deyib. Bir müddət öncə mülk üstündə aralarında dava düşən Rauf Qubadovun həbs edilməsi xəbərinə  münasibət bidirən deputat “o həbs edilməyib, sadəcə saxlanılıb. Hələ məhkəmə olmayıb. Məhkəmə bitən kimi vəkilim bu barədə açıqlama verəcək”, – deyə E. Hüseynov vurğulayıb.

Xatırladaq ki, Azadlıq prospekti-88 ünvanda millət vəkili Etibar Hüseynovla dalaşan Rauf Qubadov adlı şəxsin həbs edilməsi xəbəri yayılıb. Buna səbəb həmin şəxsin millət vəkilini təhqir etməsi və zərərçəkənin ondan şikayət etməsi  olub.

Abşeron rayon Məhkəməsinin qərarı ilə Etibar Hüseynovu təhqir etməkdə təqsirləndirilən Rauf Qubadov 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular