“Partiyamızın digər namizədlərə nisbətən İlham Əliyevi dəstəkləməsi ehtimalı daha çoxdur”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanov bildirib.
Partiya sədri bununla belə son qərarın partiyanın sentyabrın 29-da Mərkəzi Komitənin kollegiyal iclasında veriləcəyini bildirib.
“Mən qeydiyatdan keçmiş 10 namizədin tərcümeyi-hal, şəxsiyyəti ilə tanış olmuşam. Lakin onlar seçki platformalarını tam ortaya qoymayıblar. Bizim ayın 29-da keçiriləcək Mərkəzi Komitənin İclasında bu məsələ geniş müzakirə olunacaq. Azərbaycan Kommunist Partiyasının hansısa namizədə dəstəyi təkcə Rauf Qurbanovdan asılı deyil. Pariya kollegiyal orqandır. Hər kəs öz fikrini bildirdikdən sonra partiya ümumi qərar qəbul edəcək”.
Vüqar İsmayılov