Modern.az

Deputat yeni dərs ilinin açılışında şagirdlərlə birgə olub - FOTOLAR

Deputat yeni dərs ilinin açılışında şagirdlərlə birgə olub - FOTOLAR

17 Sentyabr 2013, 14:43

Milli Məclisin Quba rayonundan seçilmiş deputatı Vahid Əhmədov yeni dərs ili öncəsi seçicilərinin yanında olub. Bu münasbətlə rayonda  təşkil olunmuş tədbirlərə qatılan millət vəkili   rayonun   Qaraçay   kəndində   yeni   inşa   olunmuş   məktəb   binasının  açılış mərasimində   iştirak   edib. Məktəbin   müəllim   kollektivini təbrik edən V.Əhmədov şagirdlərə yeni   dərs   ilində uğurlar arzulayib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a bildirdiyinə görə, günün   ikinci   yarısında   rayonun Rustov kəndində V.Əhmədovun birbaşa təşəbbüsü və Kənd  Təsərrüfatı   Nazirliyi   yanında   Kənd Təsərrüfatı   Kreditləri   üzrə  Dövlət   Agentliyi   tərəfindən   maliyyələşdirilən   uşaq bağçasının   açılış   mərasimi   keçirilib. Tədbirdə iştirak   edən   kənd sakinləri   bu tikiliyə görə   deputata   və   bütün   aidiyyatı   təşkilat   və   şəxslərə   öz   minnətdarlığını   bildiriblər. Deputat qeyd edib ki, artıq rayonun daha iki kəndində- Qonaqkənd  qəsəbəsində   uşaq bağçası, Zərqava  kəndində isə tıbb məntəqəsi binalarının   inşasına başlanılıb, çox qissa   müddətdə   istifadəsi   nəzərdə   tutulub.






Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular