Modern.az

Nazirdən təhsil haqqının ödənilməsini istədilər

Nazirdən təhsil haqqının ödənilməsini istədilər

17 Sentyabr 2013, 15:08

Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncədə vətəndaşları qəbul edib. Modern.az xəbər verir ki, qəbulda Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak ediblər.

Gəncə Dövlət Aqrar Universitetinin əsas binasında təşkil edilmiş qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan ümumilikdə 60-dan çox vətəndaş iştirak edib. Qəbula gələnlər əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat,gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, Gənclər və idman naziri Azad Rəhimovun növbəti qəbulu sentyabrın 21-də Sumqayıt şəhərində keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular