Müsavat Partiyasının daha bir tanınmış üzvü istefa verib.
Modern.az xəbər verir ki, partiya başqanının sabiq müavini Elman Fəttah istefa ərizəsini partiya rəhbərliyinə təqdim etdiyini bildirib.
Elman Fəttah 2000-ci ildən Müsavat Partiyasının üzvü idi. O, 2014-cü ildə Divan üzvü və başqan müavini olub. 2017-ci ildə müavinlikdən istefa versə də, 2019-cu ilə qədər Divan üzvü kimi qalıb.
Qeyd edək ki, dünən Yadigar Sadıqlı Müsavatdan istefa verib.