““Sosintern”dən bizim seçki kampaniyamızda iştirak etmək üçün heç bir müşahidəçi gəlməyəcək”. Bunu Modern.az saytına açıqlamasında ASDP sədri Araz Əlizadə partiyalarının prezident seçkisi ərəfəsində təbliğat-təşviqat kampaniyasının perspektivini şərh edərkən deyib.
O bildirib ki, dünya sol və sosialist partiyalarının beynəlxalq ittifaqı olan Sosialist İnternasionalının (Sosinetrn) özü seçki kampaniyası üçün birbaşa müşahidəçi göndərmir.
“Biz də bu beynəlxalq qurumun statusunu nəzərə alıb ora müşahidəçiliklə bağlı müraciət etməmişik. Lakin ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar vasitəsilə “Sosintern” müşahidə üçün gələ bilər”-deyə A. Əlizadə söyləyib.
Partiya sədri onu da əlavə edib ki, bu beynəlxalq təşkilat onun namizədliyindən xəbərdardır. “Rəhbərlik səviyyəsində məni təbrik ediblər”.
Qeyd edək ki, ASDP “Sosinetrn”in üzvüdür. Burada həmçinin Rusiyanın “Ədalətli Rusiya”, Türkiyənin Cümhuriyyət Xalq Partiyası və Ermənistandan “Daşnaksütyun” da təmsil olunur.
Aqşin Kərimov