Modern.az

Cənubi Qafqazda sülh və sabitliyə çox yaxınıq - Hakan Fidan

Cənubi Qafqazda sülh və sabitliyə çox yaxınıq - Hakan Fidan

14 Dekabr 2023, 15:20

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində addımları Türkiyə olaraq dəstəkləyirik. 


Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

 

“Qərbdə Ermənistan diasporu bəzi ölkələri Azərbaycana qarşı qaldırır. Bunun əksinə olaraq sülh istiqamətində addımlar atacaqlarına ümid edirik”, - nazir vurğulayıb.

 

O deyib ki, sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir:

 

“Buna görə də bütün tərəflər buna səy göstərməlidir. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik. Bir daha bildiririk ki, Azərbaycan sentyabrdakı kiçik antiterror tədbirləri zamanı suverənliyini bərpa edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI