Modern.az

Türkiyə XİN başçısı: Qəzzalı qardaşlarımızın yanındayıq

Türkiyə XİN başçısı: Qəzzalı qardaşlarımızın yanındayıq

14 Dekabr 2023, 15:34

BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə atəşkəsi dəstəkləyib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

 

"Əvvəlcə bitərəf qalan bir çox ölkənin də Fələstinin yanında yer aldığını gördük. ABŞ-nin BMT-də Qəzza ilə bağlı qərarların qarşısında yer almamasını istəyirik. Türkiyə olaraq isə bir daha bildiririk ki, qəzzalı qardaşlarımızın yanındayıq”, - o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI