Bu gün Ümid Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd İqbal Ağazadənin doğum günüdür. Onun 45 yaşı tamam olub. Prezidentliyə namizəd ad günündə cəmiyyətə hansı mesajlar vermək istəyir? Məsələ ilə bağlı millət vəkilinin özü ilə əlaqə saxladıq.
“Cəmiyyətə millət vəkili və partiya sədri kimi mesaj verə bilərəm. Hər kəs sağlam, uzun ömür yaşasın. Hamımız Azərbaycanımızı gözəl görək”-deyə İ.Ağazadə bildirib. Onun sözlərinə görə ad günü partiyada qeyd olunub.
“Partiya yoldaşlarımız nə təşkil edib, onunla da qeyd etdik. Təmtəraqlı bir ad günü olmadı və bu barədə də düşünməmişəm”.
Biz də Modern.az saytı adından İqbal Ağazadəni təbrik edirik!
Aqşin Kərimov