Modern.az

Bayramovdan Ermənistanın sərhəd təklifinə CAVAB

Bayramovdan Ermənistanın sərhəd təklifinə CAVAB

14 Dekabr 2023, 15:46

Mən Ermənistan xarici işlər nazirinin qoşunların sərhəddən geri çəkilməsi fikri ilə razı deyiləm. 

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib. 

 

O qeyd edib ki, danışıqlar zamanı müzakirə edilən məsələlərdən hər hansı bir elementi çıxararaq xüsusilə təqdim etmək çaşqınlıq yaradır.  

 

"Ermənistan sərhədləri ilə bağlı açıq suallar var, tam razılıq olmadığı halda qoşunların geri çəkilməsi mümkünsüzdür, kim zəmanət verə bilər həmin ərazilərin təhlükəsizliyinə? Bu gün Azərbaycan ordusu sərhədlərimizi qoruyur. Yaxşı olardı ki, Ermənistan bizim təkliflərimizə konstruktiv yanaşsın və belə olan halda müsbət nəticələr əldə etmək mümkün olar”, - nazir vurğulayıb.

 

"Azərbaycanın tarixində prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə bilməz.  Bu Azərbaycanın suveren hüququ və mövqeyidir. Ermənistan tərəfinə və xarici işlər nazirinə bu məsələlər məlumdur.

 

Bu nəzərə alındığı müddətdə müsbət nəticələr əldə oluna bilər.  Bu gün Azərbaycan Ordusu ölkənin sərhədlərini qoruyur. Azərbaycan Ordusu kiminsə dəvəti ilə ora gəlməyib. Azərbaycan Ordusu qan tökərək orada dayanır”, - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI