Modern.az

700 bal toplayan tələbələrdən 2-sinin prezident təqaüdü kəsilib

700 bal toplayan tələbələrdən 2-sinin prezident təqaüdü kəsilib

17 Sentyabr 2013, 16:04


2012-ci ildə ali məktəblərə qəbul imtahanında 5 nəfər 700 bal toplamışdı. Bunlar III ixtisas qrupu üzrə Xeyransa Əliyeva, II ixtisas qrupu üzrə Orxan Səfərov və Nərgiz Məzahirqızı, IV ixtisas qrupu üzrə isə Kamil Sərdarlı və Kamran Həmidovdurlar.

X. Əliyeva – Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə, O. Səfərov – Qafqaz Universitetinin sənayenin təşkili və idarəetmə fakültəsinə və N. Məzahirqızı – Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə, K. Sərdarlı və K. Həmidov isə Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olublar.

700 bal toplayan bu tələblər eyni zamanda prezident təqaüdçüləridir.

Modern.az bu tələblərin I kurs nəticələri ilə maraqlanıb.

Dövlət İdarəçilik Akademiyasından bildirilib ki, Xeyransa Əliyeva I kursu əla qiymətlərlə bitirib və prezident təqaüdü almaqda davam edir. Eləcə də Qafqaz Universitetinin tələbələri Nərgiz Məzahirqızı və Orxan Səfərov prezident təqaüdü almaqda davam edirlər. Universitetdən hər iki tələbənin I kursu əla qiymətlərlə başa vurduqları bildirilib.

IV ixtisas qrupu üzrə 700 balı toplayan Kamil Sərdarlı və Kamran Həmidov isə Tibb Universitetində oxumaqdansa təhsillərini xaricdə davam etdirməyə üstünlük veriblər. Universitetdən bildiriblər ki, onların hər ikisi oxumaq üçün Türkiyə ali məktəblərini seçiblər. K. Sərdarlı – Hacəttəpə Universitetinə, Kamran Həmidov isə Qaradəniz Texnik Universitetinə daxil olublar.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular