Modern.az

Deputatlar Mübariz İbrahimovun şəhid olduğu cəbhə xəttində olub

Deputatlar Mübariz İbrahimovun şəhid olduğu cəbhə xəttində olub

17 Sentyabr 2013, 16:18

Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ölkə ziyalıları, millət vəkilləri, ictimaiyyət nümayəndələrindən ibarət nümayəndə heyəti bu gün cəbhənin Tərtər istiqamətində yerləşən hərbi hissədə olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkilləri Hadı Rəcəbli, Aydın Mirzəzadə, xalq artistləri Amaliya Pənahova, Nurəddin Mehdixanlı və digər şəxslər təmsil olunub.

Hərbi hissədə əsgərlərlə görüşən nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu istiqamətdə olub. Nümayəndə heyəti əsgərlərin həyat tərzi ilə maraqlanıb. Onlar əsgərlərin yeməkxanasında, yataqxanasında və tibb məntəqəsində olublar.

Daha sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu ziyalılar qarşısında çıxış edib. Çıxışı zamanı E.Sabiroğlu əsgərlər arasında vətənpərvərlik ruhunun yüksək olduğunu bildirib.

Bundan başqa, nazirlik rəsmisi bildirib ki, Azərbaycanın hazırda 20-dən çox ölkə ilə hərbi əməkdaşlıq edir. O, bunun nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələrində silah çatışmazlığı probleminin olmadığını deyib.

E.Sabiroğlu həmçinin əsgər ölümləri barədə sualları cavablandırıb. “Müdafiə Nazirliyi həlak olan hərbçilərlə bağlı məlumatları gizlətmir. Faktlar təhrif olunmur, bütün məlumatların ictimaiyyətə dürüst şəkildə təqdim olunur”.

Eldar Sabiroğlu həmçinin cəbhə xəttində son 8 ayda 1515 dəfə atəşkəsin pozulduğunu qeyd edib. Bunun nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələrinin 7, Ermənistan tərəfindən isə 13 həbrçi ölüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular