Modern.az

İlham Əliyev sabah Quba məzarlığının açılışını edəcək

İlham Əliyev sabah Quba məzarlığının açılışını edəcək

17 Sentyabr 2013, 16:22

İlham Əliyev Quba rayonuna səfər edəcək. Bu barədə Modern.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, sabah ölkə başçısı Qubada bir sıra açılışlar edəcək.

“Bu gün cənab prezident Qubaya gəlir. Sabah isə Qubada bir sıra obyektlərin açılış mərasimi olacaq. Sabah İlham Əliyev Quba məzarlığının da açılışını edəcək. Məzarlıq tam hazırdır. Özüm də Qubadan yeni gəlmişəm. Mən, nəqliyyat nazirinin müavini, “Azəryolservisin” rəhbəri Cavid Qurbanov və digər şəxslərlə birlikdə gəzib baxmışıq. Sabah cənab prezident tərəfindən Qubada böyük açılışlar olacaq ki, onlardan biri də Quba məzarlığıdır”.

Xatırladaq ki, 30 dekabr 2009-cu ildə ölkə başçısı İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncam əsasında məzarlıqda abidə kompleksi salınıb.

Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.   

Gültəkin ƏLƏSGƏR   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular