Modern.az

Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Aktual

14 Dekabr 2023, 17:52

Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib.

 

Modern.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

 

Qeyd edilib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular