Modern.az

Elşad İskəndərov Qumda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTOLAR

Elşad İskəndərov Qumda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTOLAR

Təhsil

17 Sentyabr 2013, 16:50

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) sədri Elşad İskəndərov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Qum şəhərində Azərbayandan olan tələbələrin də təhsil aldığı “Cameətül Mustafa” Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşüb.

DQİDK-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, azərbacanlı tələbələrlə açıq şəraitdə keçən görüşdə komitə sədri əvvəlcə onların təhsili ilə maraqlanıb, onları narahat edən problemləri, suallarını, təkliflərini dinləyib, daha sonra bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşüb, tələbələri maraqlandıran suallara cavab verib. E.İskəndərov bildirib ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır. Həmçinin tələbələrlə əlaqələrin davamlı saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədi ilə komitəyə müraciət edə biləcəkləri, bununçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunub. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd ediblər.

“Cameətül Mustafa” Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK sədri dini təhsil, o cümlədən xaricdə dini təhsilin alınması haqda Azərbaycan Respublikası qanunlarının müvafiq müddəaları barədə məlumat verib, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd edibr. Belə bir addımın atılmasının, həmin tələbələrin bir çox problemlərinin həll edilməsinə də kömək edəcəyini vurğulayan E.İskəndərov, qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin prosesin həyata keçirilməsi təklif edib.

Komitə sədri bu prosesin həyata keçəcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından da gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirib. Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd edib ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar. Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədilə ekspertlər müəyyən edilib.








Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular