Modern.az

“Qobustan” jurnalına baş redaktor təyin edildi

“Qobustan” jurnalına baş redaktor təyin edildi

17 Sentyabr 2013, 16:59

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təsisçisi olduğu “Qobustan” incəsənət jurnalına yeni baş redaktor təyin edilib.
AYB-dən AzərTAc-a bildirilib ki, 1969-cu ildən fəaliyyət göstərən jurnalın ilk baş redaktoru Anar, sonralar Fikrət Qoca və son 10 ildə şair Ələkbər Salahzadə olublar. Sonuncu baş redaktor bu yaxınlarda dünyasını dəyişib.
AYB-nin rəhbərliyi jurnalist, yazıçı – dramaturq, tərcüməçi, “Qobustan”ın nəşrə başladığı ilk günlərdən onunla sıx əməkdaşlıq edən Vaqif Əlixanlını jurnala yeni baş redaktor təyin edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi