Modern.az

Zabuxa qayıtdığım üçün həm sevincli, həm də həyəcanlıyam

Zabuxa qayıtdığım üçün həm sevincli, həm də həyəcanlıyam

15 Dekabr 2023, 09:08

Biz 1992-ci ildə Laçından məcburi köçkün düşdük. Bakıya gəldikdən sonra isə Hövsan qəsəbəsində məskunlaşmışdıq. Şükürlər olsun ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, öz yurdumuza qayıdırıq.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında doğma yurduna qayıdan Zabux kənd sakini Çiçək Zülfüqarova söyləyib.

 

O, uzun illərdən sonra öz yurduna qayıtdığı üçün həm sevincli, həm də həyəcanlı olduğunu vurğulayıb.

 

Çiçək Zülfüqarova bildirib ki, Zabuxa oğlu və nəvələri ilə birlikdə qayıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI