Modern.az

\"Texnika Bank\"ın əmlakı icarəyə verilir

\

15 Dekabr 2023, 10:12

Dekabrın 18-də Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) qurumun ləğvedicisi olduğu "Texnika Bank" ASC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

 

Modern.az-a bu barədə Fonda istinadən xəbər verir.

 

Məlumata görə, söhbət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 7 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsindən gedir.

 

Xatırladaq ki, "Texnika Bank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi