Modern.az

"BakuBus"un avtobusunun kondisioneri partladı

Hadisə

15 Dekabr 2023, 11:02

Bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisionerin partlaması nəcisəində yanğın baş verib.

 

"BakuBus"dan Modern.az-a verilən xəbərə görə, hadisə bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb:

 

"Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilmişdir. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilmiş, marşrutun hərəkət qrafiki bərpa edilmişdir. Sərnişinlər arasında xəsarət alan yoxdur".

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü