Modern.az

Evi əlindən alınan paytaxt sakini Azərbaycan vətəndaşlığından imtina edir

Evi əlindən alınan paytaxt sakini Azərbaycan vətəndaşlığından imtina edir

17 Sentyabr 2013, 17:58

Yaşadığı mənzildən qanunsuz çıxarıldığını iddia edən paytaxt sakini Azər Qədirov Azərbaycan vətəndaşlığından imtina etmək istəyir.  Modern.az-a müraciət ünvanlayan A.Qədimov Bakının Salatın Əsgərova küçəsi, ev 4-də qeydiyyatda olduğu evdən qanunsuz çıxarıldığından şikayətlənib.

Paytaxt sakininin sözlərinə görə, yaşadıqları evin keçmiş sahibi onlardan xəbərsiz mənzili satıb:

"Mən və ailə üzvlərim Salatın Əsgərova küçəsi, ev 4-də qeydiyyatdayıq və hazırda da orada yaşayırıq. Bu 5 otaqlı evin iki otağını nənəm 1962-ci ildə Gülnisə Həcəfov adlı bir şəxsdən alıb. Mənim anam bu evə gəlin gəlib. Özüm bu evdə anadan olmuşam. Bu evdən bağçaya, məktəbə, hərbi xidmətə getmişəm. Hazırda da yoldaşım və qızlarım bu evdə qeydiyyatdadırlar. Həmin şəxs evin digər 2 otağında yaşayıb və ora qeydiyyata düşüblər. Bu alqı-satqıdan bizim xəbərimiz olmayıb. Bundan sonra həmin şəxs saxta sənəd düzəldərək evi öz adına keçirib və bizə qarşı məhkəmə iddiası qaldırıb".

A.Qədirov prezident İlham Əliyevə,  xanımı Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Apelyasiya Məhkəməsinin sədri İman Hağıyevə müraciət edərək ona kömək etmələrini xahiş edib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular