Modern.az

İlham Əliyevin seçkilərdəki səlahiyyətli nümayəndələri müəyyənləşdi

İlham Əliyevin seçkilərdəki səlahiyyətli nümayəndələri müəyyənləşdi

Ölkə

15 Dekabr 2023, 11:23

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrinin adları açıqlanıb.

 

Modern.az xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

 

Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

 

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...