Sentyabrın 17-də axşam saatlarında jurnalist, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli saxlanılıb. Bununla yanaşı “Bizim yol” qəzetinin redaksiyasında və P.Həşimlinin Biləcəridəki evində axtarış aparılıb.
Modern.az xəbər verir ki, məlumatı “Bizim yol”un əməkdaşları Facebook sosial şəbəkəsində paylaşıblar. P.Həşimlinin MTN əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
”Azadlıq” qəzetinin yaydığı məlumata görə, P.Həşimlinin evindən narkotik və silah tapıldığı haqda protokol tərtib olunub. Jurnalistin xanımı İlahə Həşimova və yaxınlarını isə protokola təsdiqləyici imza atdırmaq istəyiblər.
Tanınmş yazar Azər Rəşidoğlunun musavat.com-a verdiyi məlumata görə P. Həşimliyə qarşı qaçaqmalçılıq və qanunsuz silah əldə etmə ilə bağlı – Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1 maddələri ilə cinayət işi qaldırılıb.
Modern.az