Böyük Britaniya Rusiya sənayesinin əsas bankına qarşı sanksiyalar tətbiq edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Britaniya hökuməti "Novikombank"a qarşı sanksiyalar tətbiq edib və bu sanksiyaları digər Rusiya banklarına da şamil edib.
"Novikombank" Rusiya sənayesinin və "Rostex" dövlət korporasiyasının dəstəkləyici bankıdır, o, artıq ABŞ və Avstraliyanın sanksiyaları altındadır. Sanksiyalar aktivlərin bloklanması və digər məhdudlaşdırıcı tədbirlər deməkdir.
Bundan əlavə, Böyük Britaniya "VTB Bank", "Alfa Bank", "Qazprombank", "Rosselxozbank", "Otkritie Bank" və bir çox digər iri Rusiya bankları ilə müxbir əlaqələri və ödənişlərə qadağa qoyub.
"Novikombank" silah istehsalı ilə əlaqəli olan "Rostex" dövlət korporasiyası üçün dəstək bankı kimi xidmət edir. Hazırda Rusiya maliyyə sisteminin 90%-dən çoxu Britaniya sanksiyaları altındadır. Britaniya hakimiyyəti Rusiyanın 22.7 milyard funt-sterlinq (28.9 milyard dollar) dəyərində aktivlərini dondurub.