Modern.az

Kəlbəcərlilərdən İlham Əliyevə dəstək - FOTOLAR

Kəlbəcərlilərdən İlham Əliyevə dəstək - FOTOLAR

17 Sentyabr 2013, 23:14

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət ocağı ictimai Birliyinin təşkilatçılığı ilə 9 oktyabr 2013-cü il tarixində keciriləçək Prezident seçkilərində “Kəlbəcərlilər cənab İlham Əliyevi dəstəkləyir” adlı tədbir keçirilib.

Tədbirdə Kəlbəcər ayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbir iştirakçları ilk önçcə president İlham Əliyevin fəaliyyətindən bəhs edən video çarxa baxıblar.

 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir haqqında iştirakçılara geniş məlumat verərək qeyd edib ki, seçki marofonunu başlayan andan Xəzr rayonunun Qala qəsəbəsində məskunlaşan Kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilib. Kəlbəcər rayon əhalisi daim bu dövlətə, bu dövlətin qurucularına mərhum prezident Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevi daim dəstəkləyiblər və bu seckilərdə də prezidentə səs verəcəklər. Bildirilib ki, Heydər Əliyev daim Kəlbəcərlilərə qayğı göstərib. Bu gündə bu qayğı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün hər cür infrastrukturu olan yaşayış evləri tikilərək onların istifadəsinə verilib. Bu qəbildən olan insanların sosila problemlərinin həlli istiqamətində cox saylı dövlət proqramları qəbul edilib. Hər bir Kəlbəcərli öz Prezidenti ilə qurur duyur. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün işğal olunmuş torpaqlarımız erməni əsarətindən azad olacaq və yurdundan yuvasından didərgin düşmüş bütün soydaşlarımız öz yelərinə qayıdacaq.

 Yeni Azarbaycan Partiyasının Siyasi Şurasının üzvü, Professor Şahlar Əsgərova çıxışında bildirib ki, Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq, vətəndaşların sosial rifah halının yüksəldilməsinə, onların yüksək səviyyəli həyat şəraitilə əhatələnməsinə, həmçinin mükəmməl təhsil almasına, sağlam, vətənpərvər yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib. Prezident İlham Əliyev gənc nəslin intellektual, kreativ, vətənpərvər və sağlam yetişməsi üçün insan kapitalının formalaşdırılması siyasətinə xüsusi diqqət ayırır. Çünki o, həyata keçirilən dövlət siyasəti humanizm və insani dəyərləri idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanda əsl rifah dövləti yaratmağı hədəfləyib.

Respublika Ağsaqqallar Şürasının üzvü,  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu qeyd edib ki, artıq 20 ildir ki, Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə əsas yaradıb. Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz, son 20 ildə ulu öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görə bilərik. Gerçəklikləri düzgün dəyərləndirmək lazımdır.

 İlham Əliyev həyata kecirdiyi məqsədyönlü siyasət nəticəsində əhalinin rifah halı günü-gündən yaxşılaşır və ölkəmizin beynalxalq aləmdə nüfuzu dahada güçlənir, Azərbaycanın firəvan və xöşbəxt gələcəyi naminə hər birinizi 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıram.

Kəlbəcər ziyalılarından Professor Musa Kazımov, Filologiya üzrə Fəlsəfə doktoru Adil Cəmil, Vəlyəddin İsmayılov, Tibb Unveristetinin müəllimi Nağdali Zamanov çıxış ediblər.

Seçicilər isə öz çıxışlarında cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular