Modern.az

Arktika bu il ən isti yay fəslini yaşayıb

Arktika bu il ən isti yay fəslini yaşayıb

15 Dekabr 2023, 17:04

Arktika bu il müvafiq müşahidələrin aparıldığı dövrdən bəri ən isti yay fəslini yaşayıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın İqlim Agentliyinin hesabatında yer alıb.

 

Hesabata görə, 2023-cü ilin yay aylarında şimal qütbü ətrafındakı ərazilərdə indiyə qədər qeydə alınan ən yüksək temperatur müşahidə olunub. Ekspertlər bunu iqlim dəyişikliyinin sürətlənməsinin əlaməti hesab edirlər.

 

Qrenlandiyada buz təbəqəsinin ən yüksək nöqtəsi müşahidələrin aparıldığı son 34 ildə beşinci dəfədir ki, əriyib və dənizdə buzun ölçüsü azalmağa davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza