Modern.az

“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu BURAXACAQ

“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu BURAXACAQ

İdman

15 Dekabr 2023, 17:54

Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində “Neftçi”nin 3 futbolçusu zədəlidir.

 

Modern.az xəbər verir ki, bunlar qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir.

 

İlk iki oyunçu bir müddətdir zədədən əziyyət çəkir, Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirirlər.

 

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi