Modern.az

Qripdən 2300 nəfər ölüb 

Qripdən 2300 nəfər ölüb 

Aktual

16 Dekabr 2023, 09:53

Bu mövsüm ABŞ-da ən azı 3,7 milyon qripə yolxuma halı qeydə alınıb. Xəstələrin 38 mini xəstəxanaya yerləşdirilib, 2300 nəfər isə ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) dərc etdiyi son hesablamalarda bildirilib.

 

CDC həftəlik hesabatında qeyd olunub ki, mövsümi qrip ölkənin əksər bölgələrində, cənub-şərq və cənub-mərkəzi bölgələrdə böyük intensivliklə yayılmaqda davam edir.

 

Dekabrın 9-da bitən həftə ərzində uşaqlarda qriplə bağlı iki ölüm hadisəsi qeydə alınıb və bununla da 2023-2024-cü illər mövsümündə uşaq ölümlərinin ümumi sayı 14-ə çatıb.

 

CDC böyüklərə və uşaqlara hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza