Modern.az

Fazil Mustafa da seçkilərdə NAMİZƏD OLACAQ

Fazil Mustafa da seçkilərdə NAMİZƏD OLACAQ

Ölkə

16 Dekabr 2023, 13:09

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa prezident seçkilərində namizəd kimi iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Partiyanın Ali Məclisində qəbul edilib.

 

O, sənədlərin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.

 

Qeyd edək ki, Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Deputat Zahid Oruc da namizədliyini irəli sürəcəyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu