Modern.az

Yaralanan PFL Prezidenti Bakıya gətirilib

Yaralanan PFL Prezidenti Bakıya gətirilib

İdman

16 Dekabr 2023, 14:22

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən mikroavtobusda olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıya gətirilib. 

 

Modern.az xəbər verir ki, mikroavtobusun sürücüsü Rasim Qafarlı da paytaxta çatdırılıb. 

 

Onlar “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

 

Qeyd edək ki, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Sənan Abdullayev isə mətbuat katibidir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi