Modern.az

Rəsul Quliyev: “Gərək kar, kor, lal olasan ki...”

Rəsul Quliyev: “Gərək kar, kor, lal olasan ki...”

18 Sentyabr 2013, 10:17

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev prezidentliyə namizələrin ötən gün İctimai Televiziyanın efirində baş tutan debatı və YAP funksionerinin Cəmil Həsənlinin vaxtından tez təqaüdə çıxması barədə ittihamına münasibət bildirib.

Modern.az-ın məlumatına görə, sosial şəbəkələr vasitəsilə ona ünvanlanan çoxsaylı suallara aydınlıq gətirən R.Quliyev Cəmil Həsənlinin debatdakı çıxışının ən yaxşı çıxış olduğunu deyib.

“Bu debatı nə desən adlandırmaq olar, prezident və ümumiyyətlə seçki debatı adlandırmaq mümkün deyil. Debat namizədlərdən cavablarını iki istiqamətdə yönəltməyi tələb edir:
1. Oponentinin səhvlərini inandırıcı açmalı
2.Özü bu səhvləri necə aradan götürəcəkdir planına camaatı inandırmalıdır.
Təəssüf ki, belə bir proses baş vermədi. Kim nisbətən daha optimallığa yaxın danışdı sualına, əlbəttə Cəmil Həsənli cavabını verərdim. O konkret və məntiqlə nəyə görə Əliyevin bu debatlarda iştirakının vacibliyini və hansı suallara cavab verməlidir mövzusunu yaxşı açıqladı. Sözsüz uzun illər televizordan çıxış etmək təcrübəsi, dediklərinə kifayət qədər qətiyyətli forma verməsinə kömək edə bildi. YAP-ın nümayəndəsinin onun pensiya almaq üçün saxtakarlıq etdiyini şişirtməsinə baxanda bu insanların hansı səviyyədə yazıq adamlar olduqlarını görməmək üçün kor, kar və lal olmaq lazımdır. Xəbərin var ki, planetdə ayda 3000 manatdan az maaş alan professor yoxdur. Cəmil müəllim səviyyəli professorun maaşı isə ən azı 8000 manatdır. Qonşularımız kasıb Türkiyə və Rusiyada professorlar nə qədər maaş alır ondan sonra səsini çıxar.
Görün o boyda professoru 2000 manat almaqdan ötəri nə günə salmısınız ki, hansı isə saxta arayış almağa məcbur olub. Sizə deməyə başqa söz tapmaq mümkün deyil. Allah üzlərinə baxıb ki, Azərbaycan hələdə Şeyx Nəsrullalar  ona inanan əbləhlər və səsi eşidilməyən kefli İskəndərlərlə doludur”-deyə R.Quliyev Cəmil Həsənlinin müdafiəsinə qalxıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular