Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad sakini Alxas Ağayev idarə etdiyi "VAZ 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndində hərəkətdə olarkən yolu keçən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.