Modern.az

Kaliforniyada Xocalı aksiyası keçirilib

Kaliforniyada Xocalı aksiyası keçirilib

Qarabağ

26 Fevral 2022, 18:01

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Kaliforniyada “Xocalı - 30” layihəsini gerçəkləşdirib.

Modern.az xəbər verir ki, Azərbaycanın “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Şimali Kaliforniya Mədəniyyət Mərkəzi ilə birgə “Xocalı - 30” layihəsi həyata keçirib. 
 

Layihə Kaliforniyanın San Xose şəhərində gerçəkləşdirilib. Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız videoçarx vasitəsi ilə Xocalı soyqırımı zamanı baş verənləri bir daha xatırlayıb, hüznlə anıblar. 

İcma üzvləri və “Nurlu Sabahın Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi, beynəlxalq jurnalist Minarə Xəlilova San Fransisko şəhərində yerləşən, Birləşmiş Millətlər Təşkilatının ilk nizamnaməsinin qəbul edildiyi “Müharibə və Sülh” memorialının qarşısında “Xocalıya ədalət”, “Dünyaya sülh” çağırışı edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi